Laçın. Trend:
Laçında idarəetmədən çıxan yük maşını aşıb.
Trend-inQarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Laçın-Şuşayolunun 10-cu kilometrliyində qeydə alınıb.
Hadisə nəticəsində yolda nəqliyyatın hərəkətində məhdudiyyətyaranıb. Yük maşını ağır texnikaların köməyi ilə ərazidəgötürülüb.
Faktla bağlı araşdırma aparılır.