AZ

Millət vəkili Orhan Erdem: Hər zaman “bir millət, iki dövlət” deyilirdi, indi “üç dövlət, bir millət” oluruq Video

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycanla Türkiyə hər mövzuda qarşılıqlı və qardaşcasına bir münasibətdir. Dövlətlərin münasibətindən üstün, dilimiz bir, dinimiz bir, adətlərimiz birdir. Belə olduğu üçün biz Azərbaycana gəldiyimiz zaman heç bir sıxıntı görmürük. Bir başqa ölkəyə getmişik kimi hiss etmirik. Azərbaycanda olarkən, öz ölkəmizdəki kimi hiss edirik. Siz indi burdasınız, sizin üçün də Türkiyə Azərbaycan kimidir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, AK Parti Konya millət vəkili Orhan Erdem danışıb. AK Parti Konya millət vəkili qeyd edib ki, hər zaman “bir millət, iki dövlət” deyilir və bunu çoxaltmaq üçün çalışılır.

Orhan Erdem / Foto: Orxan, Bizimyol.info

“Azərbaycan Milli Məclisində "Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu" yaratdınız. Azərbaycan Milli Məclisinə çox minnəttarıq. Xüsusilə, Cənab Prezident İlham Əliyevə çox minnətdarıq. Bu siyasi addımın nəticəsində “üç dövlət, bir millət” oluruq. Sayımızı nə qədər artırsaq, dünyadaki gücümüz də dəyişər”-deyə Orhan Erdem bildirib.

“Bir çox Azərbaycan vətəndaşı Türkiyədə yaşayır. Onlar burada öz ölkələrinin kurikulumu ilə, Türkiyənin kurikulumu ilə ortaq şəkildə təhsil alırlar. Türkiyənin Bakıda məktəbləri var. İllərdir ki, təhsil verir. Hazırda “Maarif” Vəqfinin müxtəlif fəaliyyətləri olur, universitetlərlə məlum olduğu kimi əməkdaşlıqlar var. Bir çox Azərbaycan universiteti ilə Türkiyədəki universitetlərində, hətta Türk Cümhuriyyətində də bu proses həyata keçirildi, biz də orada idik. Qarşılıqlı protokol və təhsil əməkdaşlıqları var. Bunların hamısı çox önəm verdiyimiz daha da artırılması lazım olan işlərdir”-deyə Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, AK Parti Konya millət vəkili Orhan Erdem qeyd edib.

Orxan Musa - İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
133
icma.az

1Mənbələr