AZ

Konya millət vəkili Orhan Erdem: Azərbaycan həm insan, həm də yeraltı zənginliyə sahib ölkədir Video

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Təhsil hər zaman dəyişikliklərlə yenilənməsinə ehtiyac olan bir sahədir. Hazırda bəzi dərslərdə bir neçə ayda proqram dəyişə bilir. Elektronik dərs görən bir şagird və ya mühəndislikdə hər an yeni bir dəyişiklik ola bilir. Bu səbəbdən, təhsil də öz sahəsində yenilənməsinə ehtiyac duyan bir sahədir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, AK Parti Konya millət vəkili Orhan Erdem danışıb. Konya millət vəkili qeyd edib ki, təhsil daha demokratik bir ölkənin təhsil anlayışına uyğun hala gətirilib və proqramda yeniliklər həyata keçirilib.

Orhan Erdem / Foto: Orxan, Bizimyol.info

“Bizdən sonra gələn nazirlərin hamısı gözəl işlər həyata keçirdi. Türkiyə təbii qaynaqları çox olan bir ölkə deyil. Amma tapılacaq. Hazırda 5 gəmimiz axtarışlar həyata keçirir. Amma bu halı ilə bizim ən böyük zənginliyimiz insan qaynağıdır. Bu da Türkiyədə bəlli bir çərçivədədir. Bəzən biz bunu danışırıq. Alt coğrafiyada təbii qaz, neft zəngini olan ölkələr var, amma insan qaynağı yetərli deyilsə və ya təhsilli deyilsə, o qaynaqlar bəs etmir. Müəyyən bir müddət idarə edir. Bu mövzuda Azərbaycanı da təbrik edirəm. Cənab İlham Əliyev və onun hakimiyyəti ən başda təhsilə önəm verir. Azərbaycan həm insan zənginliyinə, həm də yeraltı zənginliyə sahibdir. Bu ikisi bir arada olduğu zaman inkişaf, nailiyyət çox sürətli şəkildə həyata keçir”-deyə Orhan Erdem bildirib.

Orxan Musa - İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
bizimyol.info

1Mənbələr