ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin “Çelsi” komandası baş məşqçi Entso Mareskanı istefaya göndərməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında italiyalı mütəxəssislə yollar ayrıla bilər. Klub rəhbərliyi bu vəzifə üçün artıq ispaniyalı Xavi Ernandeslə danışıqlara başlayıb.
Xatırladaq ki, Mareska Premyer Liqada “Everton”la oyundan (2:0) sonra verdiyi açıqlamada klubda bəzi rəhbər şəxslərin ona dəstək vermədiklərini və komandaya uğur gətirəcək işlərin qarşısını müəyyən qədər aldıqlarını bildirib.
Qeyd edək ki, Entso Mareska “Çelsi”yə 2024-cü ilin yayından rəhbərlik edir. Hazırda komanda ölkə çempionatında 28 xalla dördüncü pillədə qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.