AZ

Atəşkəs pozuldu: Qəzzada 400-ə yaxın fələstinli həlak oldu

İsrail ordusunun 10 oktyabr 2025-ci ildən qüvvədə olan atəşkəs rejimini pozması Qəzza zolağında ağır itkilərə səbəb olub.

News365.az xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü Qazi Həməd məlumat verib. Onun Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi açıqlamaya görə, atəşkəsin tətbiqindən bu günədək Qəzzada təxminən 400 fələstinli həyatını itirib. Həlak olanların böyük əksəriyyətinin – 95 faizdən çoxunun mülki əhali olduğu bildirilir.

Qazi Həmədin sözlərinə əsasən, Qəzza administrasiyası İsrail tərəfinin mövcud razılaşmaları ümumilikdə 813 dəfə pozduğunu sənədləşdirib. O qeyd edib ki, bu hallar bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırır.
Seçilən
93
20
news365.az

10Mənbələr