AZ

Rəqib son turlarda yüksəlişdə olan komandadır Şəfa nın baş məşqçisi

Fanat saytına istinadən ain.az xəbər verir.

1-ci Liqanın 11-ci turunda lider "Şəfa" Şamaxıda "Cəbrayıl"ın qonağı olacaq. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.

33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Rəqib son turlarda yüksəlişdə olan komandadır. Onlarla bu mövsüm iki dəfə qarşılaşmışıq, tanış rəqibdir. Hər iki oyunda böyük hesab qeydə alınsa da ("Şəfa" bölgə təmsilçisini çempionatın 1-ci dövrəsində olduğu kimi, kubokun 2-ci tsnifat mərhələsində də 3:0 hesabı ilə yenib - red.), çox cətinliklə qələbə qazanmışıq. Keçirdikləri son iki matçda iddiali komandalara qarşı çox yaxşı mübarizə aparıblar. Rəqibi təhlil etmişik, hazırlığımiz davam edir. Çalışacağıq ki, qələbə qazanaraq son turdakı xal itkisini unutduraq. Məqsədimiz liderliyimizi qorumaqdır".

Qeyd edək ki, "Cəbrayıl" - "Şəfa" görüşü dekabrın 19-da baş tutacaq. Matçın start fiti 14:30-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
fanat.az

2Mənbələr