Bu barədə Ajans.az-a danışan Tağı Hüseynov deyib ki, Azərbaycanda amnistiya siyasəti həmişə olub. Bu da ölkənin humanizm yanaşmasından irəli gəlir:
“Amnistiyada konkret adlar olmur, sadəcə hansı işlərə amnistiya olacaq, onlar qeyd olunur. Ona görə də hazırda konkret hansısa sabiq icra başçısına aid olub-olmayacağını demək olmaz. Hələ istintaq araşdırmaları gedir, bilmirik onlarla bağlı hansı hökm çıacaq. Bu çox incə məsələdir, ona görə heç kim deyə bilməz ki, hansı icra başçısına aid ediləcək, ya yox. Qərar çıxandan sonra məlum olacaq ki, amnistiya hansı cinayəti törədənlərə aid olacaq”.