AZ

Bakı “Dünya İdman Paytaxtı” elan olunub - FOTO

Bu gün Bakı şəhərinin “Dünya İdman Paytaxtı” “World Capital of Sports” elan olunmasına həsr edilmiş rəsmi təqdimat mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin binasında baş tutub.

Mərasimdə bir sıra idman federasiyalarının nümayəndələri, eləcə də dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər yer alıblar.

Mərasim zamanı paytaxtın idman sahəsində beynəlxalq nüfuzunun artması, Bakının iri beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsi, həmçinin bu istiqamətdə gələcək perspektivlər barədə məlumat verilib.

Tədbirdə ACES - Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının nümayəndə heyəti də iştirak edib. Qurumun prezidenti Qian Françesko Lupatelli, baş katibi Huqo Alonso, eləcə də Monako Knyazlığının sabiq təhsil, gənclər və idman naziri İzabelle Klaudio Aline Bonnal mərasimə qatılanlar arasında olublar.

Qeyd edək ki, 2025-ci ildə "Dünyanın İdman Paytaxtı" Monako şəhəri olub.

İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı keçirilib

Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər

Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”

D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”

Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”

Seçilən
52
16
apasport.az

10Mənbələr