Apasport portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün Bakı şəhərinin “Dünya İdman Paytaxtı” “World Capital of Sports” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin binasında keçirilib.
Mərasimdə paytaxtın idman sahəsində beynəlxalq nüfuzunun artması, Bakının iri idman tədbirlərinə ev sahibliyi təcrübəsi, həmçinin bu istiqamətdə gələcək perspektivlər barədə məlumat verilib.
Tədbirdə bir sıra idman federasiyalarının nümayəndələri, eləcə də dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Gian Françesko Lupattelli, ACES təşkilatının Baş katibi Huqo Alonso, Monako Knyazlığının sabiq təhsil, gənclər və idman naziri İzabel Klod Alin Bonnal, eləcə də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.
Qeyd edək ki, 2025-ci ildə "Dünyanın İdman Paytaxtı" Monako şəhəri olub.
İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı keçirilib
Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.