AZ

“Arsenal”ın müdafiəçisi zədələndi

“Arsenal”ın müdafiəçisi Ben Uayt zədələnib.

İdmanxeber.az  xəbər verir ki, 28 yaşlı futbolçu Premyer Liqanın 16-cı turunda “Vulverhempton”la oyunun (2:1) ilk hissəsində xəsarət alaraq əvəzlənib və təxminən 1 ay meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Uayt ötən mövsüm diz problemi səbəbindən az oynayıb, cari mövsümdə isə bud əzələsindəki zədə ucbatından 11 oyunu buraxıb. “Arsenal”da hazırda Qabriel Maqalyayns və Kristian Moskera da zədəlidir.

Seçilən
133
idmanxeber.az

1Mənbələr