AZ

Qırmızı kürü kimlər üçün təhlükəlidir?

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dietoloq Nadejda Litvinova-Qrazion qırmızı kürünün kimlər üçün qətiyyən əks göstərişli olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bəzi insanlar üçün bunun təhlükələri barədə lenta.ru-ya danışıb.

Mütəxəssisin sözlərinə görə, kürünün istifadəsinə ən ciddi əks göstəriş dəniz məhsullarına və balıq məhsullarına allergiyadır. Çünki qırmızı kürünün tərkibindəki zülal komponentləri yüksək allergenliyə malikdir.

Dietoloq bildirib ki, allergiyaya meyilli insanlarda dəri reaksiyaları, selikli qişaların şişməsi, bronxospazm və hətta anafilaktik şok baş verə bilər.

Litvinova-Qrazion həmçinin hipertoniyadan və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxsləri kürünü həddindən artıq istifadə etməməyə çağırıb, xüsusən də təzyiqi lazımi səviyyədə nəzarətdə saxlamayanları. Onun sözlərinə görə, qırmızı kürü tərkibində xeyli miqdarda duz saxlayır və duzun artıq qəbulu mayenin orqanizmdə yığılmasına, arterial təzyiqin yüksəlməsinə və ürək-damar sisteminə əlavə yükün düşməsinə səbəb olur.

Həkim qeyd edib ki, hipertoniyadan əziyyət çəkən şəxslərdə hətta az miqdarda kürü qəbulu belə təzyiqin kəskin qalxmasına yol aça bilər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
16
redaktor.az

10Mənbələr