AZ

Beyaz ekranlara qayıdır - Bu dəfə fərqli formatda

Türkiyə televiziyası tarixində ən çox tamaşaçı kütləsi olan proqramlardan biri "Beyaz Show"nun məşhur aparıcı Beyazıt Öztürk ekranlara geri qayıdır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Öztürk bu dəfə fərqli formatla izləyici qarşısına çıxacaq.

Öztürk bu müjdəni sosial media hesabında "Sizin üçün sürprizim var" deyərək elan edib.

"Kanal D"nin də rəsmi açıqlamasına görə, "Joker" adlı yeni proqram yarışma yönümlü strukturu ilə klassik tok-şoulardan fərqlənəcək. Əyləncə elementlərinə üstünlük verilsə də, iştirakçılar müxtəlif çətinliklərlə də üzləşəcəklər.

Seçilən
24
3
publika.az

4Mənbələr