AZ

Yeni Peugeot avtomobillərində dördbucaqlı sükanlar quraşdırılacaq

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın "Peugeot" şirkəti özünün istehsal etdiyi avtomobillərdə ənənəvi sükanın əvəzinə dördbucaqlı "Hypersquare" konsepsiyalı sükan tətbiq etməyi nəzərdə tutur.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı "Handelsblatt" nəşri yayıb.

İstehsalçı yeni sükanın prototipini yaradaraq jurnalistləri onu sınaqdan keçirməyə dəvət edib. "Hypersquare" sükanı üzərində dörd dairəvi panel yerləşir. Yuxarı panellərdə baş barmaqlarla basıla bilən və bəzi əlavə funksiyaları idarə edən düymələr mövcuddur.

Sükanın ekstravaqant formasına baxmayaraq çox rahat olduğu bildirilir. Yeni sistemdə sükan və təkərlər arasında birbaşa mexaniki əlaqə yoxdur. Bu səbəbdən sükan çarxlarından gələn titrəmələr artıq sükana ötürülmür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
1
avtosfer.az

2Mənbələr