Venesuela prezidenti Nikolas Maduro qanunsuz immiqrantların kütləvi şəkildə deportasiya ediləcəyini vəd edən Çilinin seçilmiş prezidenti Xose Antonio Kastanı “venesuelalılara hörmət etməyə” çağırıb.
O, Kastanın siyasi platformasını Adolf Hitlerin platforması ilə müqayisə edib: “Siz Hitler tərəfdarı və Hitlerin dəyərləri üzərində böyümüş ola bilərsiniz, inanmış və elan edilmiş Pinoçetçi ola bilərsiniz, amma diqqətli olun: venesuelalıların saçlarına toxunmağa cəsarət etməyin. Venesuelalılara hörmət edin!” – Maduro deyib.
Xatırladaq ki, nasist partiyasının üzvünün üzvü, Pinoçet və Donald Trampın pərəstişkarı olan ifrat sağçı namizəd Xose Antonio Kasta Çili prezident seçkilərində qalib gəlib. Kampaniya zamanı o, 340.000 qanunsuz immiqrantı deportasiya etməklə ölkəni cinayətkarlıqdan qurtaracağına söz verib. “Cənab Kasta, ağıllı olun, məni eşidirsinizmi? Sakitlik olan yerdə problem yaratmayın, Venesuelalı miqrantların hüquqları var, Çili Konstitusiyası onları təmin etməlidir”, – deyə Venesuela prezidenti əlavə edib.
//Samir Qurbanov, Editor.az