Bakı. Trend:
İtaliyanın Futbol üzrə Milli Komandasının üzvü CanluiciDonnarumma FİFA tərəfindən ilin ən yaxşı qapıçısı seçilib.
Trend xəbər verirki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
İtaliyalı qolkiper ötən mövsümdə “PSJ”nin heyətində ÇempionlarLiqasının, eləcə də Fransa çempionatı və kubokunun qalibi olub.
İtaliyalı futbolçu Çempionlar Liqasındakı 17 matçın 15-dəmeydanda olub, onların 6-da qapısını toxunulmaz saxlamağıbacarıb.
Donnarumma eyni zamanda turnirin rəmzi yığmasına da daxiledilib.
Həmçinin, o, Fransa çempionatında 24 matçda iştirak edib vəturnirin ən yaxşı qapıçısı olub.
Xatırladaq ki, sentyabr ayında o, “Mançester Siti” klubunatransfer olunub.