AZ

Ölkədə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi əsasdır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan dayanıqlı iqtisadi inkişafı, təkmil inkişaf modeliilə daim dünyanın diqqətindədir. Ölkəmizin dünya ictimaiyyətinindiqqət mərkəzində olmasının əsas səbəbi odur ki, hər dövrünçağırışları yüksək səviyyədə yerinə yetirilir, islahatlar davamlıxarakter alır. Prezident İlham Əliyevin çağırışlarında bu məqamxüsusi qeyd edilir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cıillərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Əvvəlki dövrlərdəəldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizimüçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsasməqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqındadanışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcəkhaqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.

Prezident İlham Əliyev 2003-cü ildə iqtisadi artımın qeyri-neftsektorunun hesabına olmasına çağırış etdi və “Neft kapitalını insankapitalına çevirək!” tezisini irəli sürdü. Hədəfə nail olmaq üçünregionların malik olduğu potensialdan səmərəli istifadəyəhədəflənən regional inkişaf Proqramını təsdiqlədi. TarixiZəfərimizədək regionların sosial-iqtisadi inkişafına dair 4 DövlətProqramı qəbul edildi və uğurla icra olundu. Həmin sənədlərdə hərbir bölgənin malik olduğu təbii resurslar və onlardan səmərəliistifadənin icra mexanizmləri öz əksini tapdı. Təbii ki,infrastruktur layihələrinin icrası əsas prioritetlər sırasında idi.Məqsəd bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olansahibkarlığın inkişafı üçün zəruri olan işlərin görülməsi, işadamlarına hərtərəfli diqqətin göstərilməsi idi. Prezident İlhamƏliyev hələ 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsiniqazanaraq Prezident seçildiyi ilk günlərdə hədəfləri açıqlayarkəngüclü sahibkarlar sinfinin yaradılacağını xüsusi qeyd etmişdi. Bugün artıq bu hədəfin reallığa çevrildiyini, sahibkarlara dövlətindiqqət və qayğısının davamlı olduğunu, Azərbaycanın biznesimkanlarının gündən-günə artdığını əminliklə qeyd edirik.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin tarixiZəfərimizdən sonra təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadiinkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”,həmçinin bu günlərdə imzaladığı “Etibarlı Tərəfdaş Konsepsiyası”nıntəsdiq edilməsi haqqında Sərəncam da bunun bariz nümunəsidir.Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin vəşəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlıinkişafının təmin edilməsi məqsədilə təsdiqlənən bu Konsepsiyagömrük-biznes əməkdaşlığı çərçivəsində idarəetmənintəkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalqticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılmasını vəticarətin asanlaşdırılmasını hədəfləyir. Sahibkarlıq sahəsindəaparılan islahatlar yeni iqtisadi sahələrin inkişaf etdirilməsinə,daha çevik ixrac mexanizmlərinin formalaşdırılmasına, “Made inAzerbaijan” brendinin beynəlxalq ticarət platformalarında təşviqinədəstək mexanizminin qurulmasına və sair kimi məqsədlərə nail olmağaşərait yaradıb. “Etibarlı Tərəfdaş Konsepsiyası”nda qeyd edildiyikimi, digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da gömrükxidmətlərinin modernləşdirilməsinə xidmət edən etibarlı tərəfdaşlıqmodelinin tətbiqi ölkəmizin iqtisadi inkişafında və qlobal rəqabətmühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Bubaxımdan bu sahədə sistemli yanaşmanı özündə ehtiva edən millikonsepsiyanın hazırlanması zərurəti yarandı.

Vüqar Rəhimzadə vurğulayıb ki, iqtisadiyyatı düzgün əsaslarüzərində qurulması Azərbaycanın dayanıqlı inkişafını şərtləndirənəsas amillər sırasındadır. Ümummilli Lider Heydər Əliyeviniqtisadiyyatın inkişafında neft amilinə verdiyi xüsusi önəm UluÖndərin bugünümüzə hesablanmış mühüm addımları sırasındadır.Azərbaycan öz təbii resurslarından səmərəli istifadə etməkməqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerjilayihələrini reallığa çevirməklə etibarlı tərəfdaş kimi mövqeyinidaha da möhkəmləndirir. Regional çərçivədə qurulan əlaqələrincoğrafiyası faha da genişlənir, dövrün çağırışlarına uyğun olaraqyeni əməkdaşlıq formatları yaradılır. Hazırkı dövrün əsasçağırışlarından biri, təbii ki, yaşıl enerjiyə keçiddir. Azərbaycanbu sahədə də zəngin potensiala malikdir. Ötən il planetimizə səssalan, dünyanı Bakıya toplayan COP29 tədbiri Azərbaycanınbeynəlxalq təqdimatı oldu. Ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzqazanması, beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirməsi həmiqlim konfransının uğurlu nəticələrində, həm də istər bu mötəbərtədbir çərçivəsində, istərsə də ondan sonra imzalanan sənədlərdəözünün aydın ifadəsini tapdı. Azərbaycan bir daha çoxtərəfliliyintərəfdarı olduğunu dünyaya nümayiş etdirdi.

Milli Məclisin deputatı bildirib ki, dayanıqlı iqtisadiinkişafın əsas göstəricilərindən biri işğaldan azad edilmişərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləridir. Son beşildə görülən işlərin miqyasının ölçüyəgəlməzliyi 6 şəhərin, 2qəsəbənin və 20-dən artıq kəndin sakinlərinə qovuşmasında əksinitapıb. Azərbaycanın dünya hərb tarixində ilkə imza ataraqmüharibədən dərhal sonra azad edilmiş ərazilərdə bərpa-quruculuqişlərinə başlaması beynəlxalq səviyyədə təqdir edilir. Buərazilərdə də əsas diqqət göstərilən məsələlərdən biriinfrastruktur layihələrinin uğurlu icrasıdır. Yeni avtomobil, dəmiryolları çəkilib, beynəlxalq hava limanları tikilib istifadəyəverilib. Qısa zamanda bu ərazilərdə üç Beynəlxalq Hava Limanınınistifadəyə verilməsi Azərbaycanın iqtisadi imkanlarının, tarixisahibinə qovuşan Qarabağ və Şərqi Zəngəzurun coğrafi mövqeyininböyük əhəmiyyət daşıdığının, eyni zamanda, bu torpaqlarda dayanıqlıinkişafın təmin edilməsinə geniş imkanlar yaradacaq böyük iqtisadipotensialın mövcudluğunun nümayişidir. Prezident İlham Əliyevinötən il yeni dövrün mühüm hadisələri sırasında xüsusi yer tutan 7fevral prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilənandiçmə mərasimində vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzurbizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. Obölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlılayihələr, həm də turizm layihələri qeyri-neft sektoruna böyükdəstək verəcəkdir.

Vüqar Rəhimzadə qeyd edib ki, davamlı islahatlar, şəffaflığıntəmin edilməsi, idarəçilikdə səmərəliliyin artırılması və sair kimiamillər Azərbaycanın daim inkişaf modelinə yeniliklər gətirir,təkmilləşməni bir zərurətə çevirir. Bugünədək əhalinin rifahhalının yüksəlməsinə xidmət edən beş sosial paketin icrası dəölkəmizin dayanıqlı inkişafının təqdimatında əhəmiyyətli roloynayır. Gələn ilin dövlət büdcəsinin sosialyönümlülüyünün təminedilməsi özündə mühüm məqamları ehtiva edir. Əsas hədəf vətəndaşməmnunluğunun daha da artırılması, insanların yüksək rifahınıntəmin edilməsidir. Özünüməşğulluq proqramının uğurlu icrası da buməqsədə xidmət edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdəgörülən işlərə diqqət yetirsək indi və gələcəkdə bu ərazilərdəyaşayacaq soydaşlarımızın məşğulluğunun təmin edilməsinin əsasprioritetlər sırasında olduğunu görərik.

Vüqar Rəhimzadə sonda vurğulayıb ki, “Etibarlı TərəfdaşKonsepsiyası” adından da göründüyü kimi, Azərbaycanın regionda vədünyada möhkəmlənən iqtisadi və siyasi mövqeyinə yeni əlavələrgətirəcək. Bir sözlə, atılan addımlar, imzalanan sənədlər bir dahatəsdiqləyir ki, ölkədə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi,qlobal tədarük zəncirlərində dayanıqlığın artırılması və beynəlxalqtərəfdaşlarla əməkdaşlığın yeni mərhələyə yüksəldilməsiəsasdır.

Məqalədə:
Seçilən
50
6
az.trend.az

7Mənbələr