AZ

iPhone istifadəçiləri izahı olmayan problemlə üzləşiblər

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

iPhone istifadəçiləri cihazda saxlanılan fotoların qızarması ilə bağlı şikayətlər etməyə başlayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə "Android Authority" nəşri məlumat yayıb.

"Apple" smartfonlarının bəzi sahibləri "Foto" tətbiqində saxlanılan şəkillərin qırmızı çalar aldığını müşahidə ediblər. Görünür, problem Android-smartfonlarda çəkilib sonradan iPhone-a göndərilən fotolarla bağlıdır. "Apple" hələlik xətanın səbəbi ilə bağlı açıqlama verməsə də, mütəxəssislər problemin HDR texnologiyası ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Texnologiya həvəskarları problemin müvəqqəti həll yolunu tapıblar. Onlar qızarmış şəkli redaktə rejimində açmağı və daha sonra "Ləğv et" düyməsinə basmağı tövsiyə edirlər.

"Android Authority" mütəxəssisləri hesab edirlər ki, nasazlıq müxtəlif smartfonlarda HDR standartlarının uyğun gəlməməsi ilə bağlı ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
baku.ws

2Mənbələr