Polşada Milad bazarında terror aktı törətməkdə şübhəli bilinən tələbə saxlanılıb.
Bu barədə Polşa xüsusi xidmət orqanlarının nümayəndəsi Yaçek Dobrjinski bildirib.
Məlumata görə, Lyublin katolik universitetinin tələbəsi Mateuş V partlayıcı qurğudan istifadə etməyi planlaşdırırdı. O, bu yolla terror qruplaşması İŞİD-in sıralarına qoşulmaq istəyirdi.
Qeyd olunub ki, prokurorluq Mateuşa V-yə "çoxsaylı insanların ölümü və ya ciddi xəsarət alması ilə nəticələnə biləcək terror aktına hazırlıq" ittihamı irəli sürüb.