AZ

İsrail Qətərin F-35 almaq planlarından narahatdır

İsrail Qətərin Səudiyyə Ərəbistanı və Türkiyə ilə birlikdə ABŞ-dan F-35 qırıcı təyyarələri almaq üçün irəliləmiş danışıqlar aparmasından ciddi narahatlıq keçirir.

News365.az xəbər verir ki, İsrail rəsmiləri bu mümkün razılaşmaların Yaxın Şərqdə İsrail Hərbi Hava Qüvvələrinin keyfiyyət baxımından hərbi üstünlüyünü zəiflədə biləcəyindən ehtiyat edirlər.

Məlumata görə, bu narahatlıqlar fonunda İsrailin müdafiə qurumları Vaşinqtondan kompensasiya paketi tələb etməyə hazırlaşır. Sözügedən paketə iki yeni döyüş eskadrilyasının — biri F-35 qırıcılarından, digəri isə müasir F-15IA təyyarələrindən ibarət olmaqla, yaradılması, həmçinin böyük həcmdə qabaqcıl döyüş sursatlarının verilməsi daxildir.


Seçilən
101
news365.az

1Mənbələr