AZ

Məişət zorakılığının qurbanları barədə elektron məlumat bazası yaradılacaq

Bakı, 16 dekabr, AZƏRTAC

Məişət zorakılığının qurbanları barədə elektron məlumat bazası yaradılacaq. Məlumat sistemində mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən qurbanlara göstərilən dəstək xidmətləri, təhlükəsizlik və preventiv tədbirlər haqqında məlumatlar yerləşdirəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov söyləyib.

E.Səfərov əlavə edib ki, burada qurbanların psixoloji, hüquqi, sosial və digər dəstək xidmətlərindən yararlanması, ailə üzvlərinə göstərilən xidmətlər əks olunacaq.

Seçilən
114
azertag.az

1Mənbələr