ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyada narahatlıq doğuran mutasiyaya uğramış H3N2 qrip virusu Türkiyədə görünməyə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Bildirilir ki, Qrip A kimi də adlanan virus artıq yeddi nəfərdə aşkarlanıb. Sözügedən şəxslər artıq xəstəxanaya yerləşdiriliblər.
H3N2 virusunun şiddətli baş və oynaq ağrısı, yüksək hərarət və quru öskürək kimi simptomlarla özünü göstərir. 65 yaşdan yuxarı insanlarda, hipertoniya və diabet xəstələrində, astma və xroniki ağciyər xəstəlikləri olanlarda ağır pnevmoniyaya səbəb ola bilər.
Gülayə Mecid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.