AZ

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.

Hurriyyet.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbər görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb. 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib.

Seçilən
68
17
hurriyyet.az

10Mənbələr