Bakı. Trend:
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrətənzimləyici qurumu İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi (İKTA) ilə internet provayderlər arasında ölkədə internetxidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılmasına həsr olunangeniştərkibli görüş keçirilib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.
Görüşdə internetin sürətinə təsir edən amillər, beynəlxalqtəcrübə, İKTA-nın həyata keçirdiyi araşdırmalar və “İnternetsürətinə təsir edən 10 kritik faktor” üzrə tövsiyələr müzakirəedilib. Bununla yanaşı, İSP-lərin (İnternet xidmət provayderi)növbəti illər üçün planlaşdırmalı olduqları modernizasiyatədbirləri diqqət mərkəzində olub.
İKTA nümayəndələri bildiriblər ki, son illərdə ölkədə fiberinfrastrukturu genişlənib, hər bir evə fiber-optik xəttin çəkilişitəmin olunub. Ancaq internet xidmətinin sürətinin inkişaf etmişölkələr səviyyəsinə çatdırılması üçün bir sıra işlər dəgörülməlidir.
İnternet keyfiyyətinə təsir edən amillərin yalnız operatorşəbəkəsindən ibarət olmadığı, həmçinin modem parkı, “Wi-Fi”sistemlərinin tənzimlənməsi, marşrutlama (routing), beynəlxalqçıxışlar, məzmun çatdırılma şəbəkələri (Content Delivery Network –CDN), evdaxili siqnal zəifləməsi və “mesh” texnologiyalarınıntətbiqinin də real nəticəyə ciddi təsir etdiyi vurğulanıb.
Görüşdə İKTA rəsmiləri “İnternet sürətinə təsir edən 10 kritikfaktor” adlı təqdimatla çıxış edib. İnternetin keyfiyyətiniyüksəldə biləcək 10 əsas istiqamət izah edilib, operator vəprovayderlərin fəaliyyətlərində bu faktorları nəzərə almalarınınzəruriliyi vurğulanıb.
Bunlara daxildir:
1. Fiber “backhaul” və magistral xətlərinmodernizasiyası. Şəbəkənin “əsas skelet”inin (Backhaul)modernizasiyası aparılmadan uzunmüddətli dayanıqlılıq qazanmır.İnternet trafiki ilk növbədə ölkə daxilində yerləşən fiber xətlərüzərindən ötürülür. Bu xətlərdə ötürmə tutumu kifayət qədərolmadıqda sürət azalması müşahidə oluna bilər. İSP-lər fiberxətlərin ötürmə tutumlarının artırılması istiqamətində tədbirlərgörməlidir.
2. Evdaxili “Wi-Fi” sistemlərininoptimallaşdırılması. Beton divarlı evlərdə “Wi-Fi” siqnalı50-80% zəifləyə bilir. Modem düzgün yerləşdirilmədikdə və ya köhnətexnologiyadan istifadə edildikdə yüksəksürətli internet paketləribelə real nəticə vermir. Bu səbəbdən “Wi-Fi 6”, “Wi-Fi 6E” və“mesh” sistemlərinin tətbiqinin vacibliyi vurğulanıb. “Mesh” və“Wi-Fi” sistemlərinin tarif paketlərinə daxil edilməsi və düzgüntənzimləmə xidmətlərinin təklifi inkişaf etdirilməlidir.
3. Modemlərin düzgün tənzimlənməsi (2.4 və 5 GHz SSIDeyniliyi). Tədqiqatlar göstərir ki, sürətlə bağlışikayətlərin 60-70%-i modemlərin düzgün tənzimlənməməsindənqaynaqlanır. Xüsusilə 2.4 və 5 GHz tezlikləri üçün fərqli ad vəşifrlərdən istifadə edildikdə istifadəçi avtomatik olaraqaşağısürətli 2.4 GHz şəbəkəsində qalır. Halbuki eyni şəbəkə adı vəeyni şifr tətbiq edildikdə cihazlar avtomatik olaraq daha sürətlibağlantıya qoşula bilir. Eyni “SSID” və eyni şifr tətbiq etməklə buproblemi aradan qaldırmaq mümkündür.
4. Marşrutlanmanın (routing)səmərəliliyinin artırılması. Beynəlxalq trafikə çıxış vəmarşrutların optimallaşdırılması gecikməni xeyli aşağı sala bilər.Trafikin daha qısa və səmərəli marşrutlar üzrə yönləndirilməsigecikməni azaldır və interneti daha stabil edir. Bu məqsədlə əsas“Backbone” və şəhərdaxili şəbəkələrin 100G və 400Gtexnologiyalarına keçirilməsi vacib hesab olunur.
5. Əlavə CDN-lərin yerləşdirilməsi, internet trafikindəCDN payının artırılması. “YouTube”, “TikTok”, “Instagram”,“Meta” və digər platformalar kontentinin ölkə daxilindəsaxlanılması sürəti birbaşa yüksəldir. Məlumatlar uzaq ölkələrdəndeyil, yerli serverlərdən ötürüldükdə videolar daha tez açılır vəfasilələr azalır. Bu məqsədlə İSP-lər 3-5 illik trafik həcmiinkişafı proqnozunu işləməli, internet trafikində CDN payının65-75%-ə qaldırılmasını təmin etməlidir.
6. Pik saatlarda yüklənməninoptimallaşdırılması. Saat 20:00 – 23:30 aralığındainternetdən istifadə kəskin artır. Bu dövrdə şəbəkənin düzgün idarəedilməməsi sürətin azalmasına səbəb ola bilər. Buna görə də piksaatlarda yüklənmənin balanslaşdırılması xüsusi əhəmiyyət daşıyır.Pik saat sindromunun tam aradan qaldırılması məqsədilə axşamsaatlarında internetin sabitliyini artıran texniki optimallaşmalaraparılmalıdır.
7. GPON və XGS – PON texnologiyalarının geniştətbiqi. 10 Gbit/s texnologiyalara keçid. MütəxəssislərXGS – PON kimi yeni nəsil fiber texnologiyalarına keçidi vacibsayırlar. 10 Gbit/s sürət imkanına malik yeni nəsil fibertexnologiyanın kommersiya istifadəsinə verilməsinə, yüksək sürəttarif paketlərinin kütləvi təklif edilməsinə başlanılmalıdır.
8. Şəbəkə monitorinqi və real vaxt rejimində analizsistemlərinin tətbiqi. Tıxac nöqtələrinin, performanszəifliklərinin avtomatik aşkarlanması və operator panelindəgörünməsi çətinliklərin preventiv olaraq aşkarlanmasına və şikayətformalaşmadan aradan qaldırılmasına xidmət edir. Real vaxtrejimində şəbəkə monitorinq sistemlərinin tətbiqi ilə preventivolaraq avtomatik zədə və performans zəifliklərinin aşkarlanması vəşəbəkə yüklənməsinin proqnozlaşdırılması texnologiyalarının tətbiqigenişləndirilməlidir.
9. Standartlaşdırma və texniki tələblərinyenilənməsi. Modem standartı (“Wi-Fi 6” minimum tələbi),“SSID” qaydaları, CDN hostinq qaydaları və digər normativlərintətbiqindən ibarətdir. İnternet sürətinin minimum həddininmüəyyənləşdirilməsinə, “Wi-Fi 4 və 5” nəsil modemlərin dövriyyədənçıxarılmasına, “Wi-Fi 6” modemlərin geniş tətbiqinəbaşlanılmalıdır.
10. İstifadəçilərin maarifləndirilməsi.Evdaxili şəbəkənin düzgün qurulması üzrə geniş ictimai təlimatlarhazırlanmalı, aktiv maarifləndirmə işləri aparılmalıdır.
Qeyd olunub ki, bu keçid ölkədə uzunmüddətli dayanıqlı vəyüksəktutumlu internet xidmətini təmin edəcək. İKTA rəsmiləri əlavəediblər ki, müzakirəyə dəvət olunan provayderlər ölkədə ən genişəhatəyə malik operatorlar olduqlarına görə onların həyatakeçirdikləri hər modernləşmə addımı bütün ölkə üzrə istifadəçitəcrübəsinə birbaşa təsir göstərir.
“İnternet servis provayderlərin şəbəkə modernləşməsi ehtiyaclarıvə İKTA tərəfindən təqdim olunmuş tövsiyələr ölkədə internetinkeyfiyyətinin yüksəldilməsi üçün vacib addımlardır. İnfrastruktur,modem standartları, “Wi-Fi” sistemləri və “routing” kimi məsələlərkompleks yanaşma tələb edir. Bu istiqamətdə görülən işlər növbətiillərdə real nəticələr verəcək”, – deyə qeyd edilib.
İKTA yaxın dövrdə bütün provayderlərlə də analoji görüşlərkeçirməyi və ölkə üzrə internetin keyfiyyətinin yüksəldilməsi üçünvahid yanaşma tətbiq etməyi planlaşdırır.