AZ

Səddam Hüseyn adını dəyişdirir

Yazını böyüt
Yazını kiçilt

İraqın Kərkük şəhərində Əzim Alyansından parlament üzvü seçilən Səddam Hüseyn əl-Nuaymi adını dəyişdirməklə bağlı diqqətəlayiq bir qərar verdiyini açıqlayıb.

Hafta.az yazır ki, İraqın devrilmiş lideri Səddam Hüseynin adı ilə eyni olan Nuaiminin adı seçki prosesindən bəri sosial media platformalarında gərgin müzakirələrə səbəb olmuşdu. Millət vəkili bu müzakirəyə son qoymaq və dini həssaslıqlarını vurğulamaq üçün rəsmən adını dəyişdirib. Kərkükdə Əzim Alyansı üçün seçkilərdə qalib gələn Səddam Hüseyn əl-Nuaimi bununla bağlı yazılı açıqlama verib. Adını "Məhəmməd Əli Hüseyn əl-Nuaimi" olaraq dəyişdirdiyini açıqlayan ərəb millət vəkili, adını "Məhəmməd Peyğəmbəri təqlid etmək və İmam Əli ilə fəxr etmək" üçün dəyişdirdiyini bildirib.

Seçilən
63
hafta.az

1Mənbələr