AZ

Azərbaycanda elektron siqaretlərin qadağan olunması gözlənilir

Dünyada 13–15 yaş arası uşaqların təxminən 15 faizində elektron siqaretdən istifadə halları təsdiqlənib və bu, ciddi sağlamlıq riskləri yaradır. Bunu  deputat Fazil Mustafa bildirib. 

Deputatın sözlərinə görə, elektron siqaretlər xüsusilə yeniyetmələr üçün siqaret və narkotik maddələrə keçid riskini artırır.

O qeyd edib ki, bəzi ölkələrdə bu məhsullardan qadın cinsindən olan şəxslər arasında istifadənin genişlənməsi əlavə narahatlıq doğurur.

Fazil Mustafa vurğulayıb ki, gənclər arasında narkotik asılılığının qarşısının alınması məqsədilə elektron siqaretlərin qadağan edilməsi gündəmdədir. Onun sözlərinə görə, məsələ yalnız səhiyyə deyil, eyni zamanda cəmiyyətin mədəni və sosial məsuliyyəti ilə bağlıdır.

Deputat əlavə edib ki, bu mövqə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsaslanır və artıq bir sıra ölkələrdə elektron siqaretlərin məhdudlaşdırılması ilə bağlı qanunvericilik səviyyəsində addımlar atılmağa başlanıb.

O bildirib ki, planlaşdırılan qadağaların cəmiyyət tərəfindən anlayışla qarşılanacağına ümid edir.

Milli Məclisdə müzakirə edilən yeni qanuna görə elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.

Gülnar Nazimqızı 

Seçilən
34
1
anews.az

10Mənbələr