AZ

Məktəbdə bıçaqlı hücum: Bir uşaq öldü

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən bir məktəbdə baş verən bıçaqlı hücum nəticəsində ibtidai sinif şagirdi həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada hadisənin Moskvanın Odintsovo rayonundakı məktəblərdən birində baş verdiyi qeyd olunub.

Açıqlamaya görə, yetkinlik yaşına çatmayan bir şagird məktəbdə digər bir şagirdə və təhlükəsizlik işçisinə bıçaqla hücum edib. Hücuma məruz qalan şagirdin həyatını itirdiyi bildirilib.

Moskva vilayətinin Uşaq Hüquqları üzrə Ombudsmanı Kseniya Mişonova sosial media hesabında paylaşım edərək, hücum nəticəsində həyatını itirən uşağın 4-cü sinif şagirdi olduğunu açıqlayıb.

Mişonova hadisə zamanı məktəbdə yaralananların da olduğunu deyib.

Hadisə ilə bağlı istintaq davam edir. Hücumun səbəbi barədə hələlik ətraflı məlumat verilməyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
121
1
cebheinfo.az

2Mənbələr