Dekabrın 16-da Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə keçmiş məcburi köçkünlərin daha bir qrupunun növbəti köçü olub.
"Yeni Sabah" xəbər verir ki, bu mərhələdə 85 nəfərdən ibarət 20 ailə doğma yurduna dönüb. Ailələrdən 10-u, yəni 41 nəfəri Seyidbəyli kəndində, digər 10 ailə, 44 nəfər isə Təzəbinə kəndində yeni bərpa edilən yaşayış evləri ilə təmin olunub.
Telegram kanalımız