AZ

“Zenit”in baş məşqçisi və həyat yoldaşı Almaniyada saxlanıldı

“Zenit” futbol klubunun baş məşqçisi Sergey Semak həyat yoldaşı Anna ilə birlikdə Almaniyada aldıqları mallarla ölkəni tərk etməyə çalışarkən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə RT kanalı məşqçinin həyat yoldaşına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Almaniyaya səfərin əsas məqsədi tibbi məsələlərlə bağlı olub. Lakin Rusiyaya qayıdarkən cütlük hava limanında saxlanılıb. Forma geyinmiş şəxslər onları ayrıca otağa apararaq “kiçik problem” olduğunu bildiriblər.

Anna Semak qeyd edib ki, bir cüt ayaqqabı, eynək və şərf üçün onlardan xeyli məbləğdə cərimə ödənilməsi tələb olunub. Eyni zamanda, alınmış bütün mallar Avropa İttifaqı ərazisində saxlanılıb.

Saxlanılmaya səbəb Avropada tətbiq olunan yeni qaydalardır: bu qaydalara əsasən, Rusiya vətəndaşlarının dəyəri bir ədəd üçün 300 avrodan artıq olan malları Aİ-dən çıxarması qadağandır.

Bizim.Media

Seçilən
85
1
bizim.media

2Mənbələr