AZ

Aİ Rusiyadan təbii qaz alışını 2% azaldıb




Avropa İttifaqı (AB) 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Rusiyadan 5 milyard avro dəyərində boru kəməri qazı və 6,4 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) alıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, nəticə etibarilə 10 aylıq dövrdə Aİ-nin Rusiya qazının ümumi alışı 2% azalaraq 11,4 milyard avroya düşüb.

Eurostat məlumatlarına və TASS hesablamalarına görə, oktyabr ayında Aİ ölkələri Rusiyadan LNG üçün 425 milyon avro ödəyib. Əsas idxalçılar Fransa (162 milyon avro), Belçika (155 milyon avro) və Hollandiya (76 milyon avro) olub. İspaniya Rusiyadan LNG alışını dörd illik minimum 31 milyon avroya endirib. Aİ oktyabr ayında həmçinin 429 milyon avro dəyərində Rusiya boru kəməri qazı idxal edib.

Ümumilikdə, Avropa Birliyi yanvar-oktyabr aylarında Rusiyadan təxminən 11,4 milyard avro dəyərində qaz alıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır.

Cavid
Seçilən
146
34
newscenter.az

10Mənbələr