Bakı. Trend:
Nikotin tərkibli elektron siqaretlər tütünməmulatı hesab ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadisiyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasətkomitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütünməmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Layihədə qanunvericiliyə aşağıdakı yeni anlayışların dadaxil edilməsi təklif olunur:
- Qızdırılan tütün məmulatı – tütündən (tütünqarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütünkomponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələgəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozoluntənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdətutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqarethesab edilməyəcək.
- Elektron siqaret – qida məhsulları, tütünməhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla,nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüsyolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş vəmüştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonuolan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdətutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və yabir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlətəkrar doldurula biləcək.
Həmçinin, qanun layihəsinə əsasən, elektron siqaretlərin vəonların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması,topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.