AZ

Barselona Jül Kundeyə əvəzləyici tapdı Danışıqlar başladı

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Barselona" yeni transfer reallaşdırmağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, Kataloniya nəhəngi "Borussiya Dortmund"un müdafiəçisi Julian Ruersonla ciddi maraqlanır. 

İnformasiyanı "Sky Sport Germany" yayıb. Mənbənin məlumatına görə, müdafiəni gücləndirmək istəyən "Barselona" rəhbərliyi 28 yaşlı futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparıb. Lakin hazırda tərəflər arasında konkret razılaşma əldə edilməyib. Norveçli futbolçu Jül Kundenin mümkün əvəzedicisi kimi nəzərdən keçirilir.

Ruersonun "Borussiya Dortmund"la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Lakin müdafiəçi yay transfer pəncərəsində klubunu dəyişmək variantına isti yanaşır. "Transfermarkt" onun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
fanat.az

2Mənbələr