Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının (ACF) həyata keçirdiyi iki layihə Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2025-ci il üzrə “Cüdo Mükafatları” səsverməsinə təqdim edilib.
ACF-dən AZƏRTAC-a bildirilib ki, “Cüdoya İlk Addım” ilin uşaqlar üçün, “Ümumdünya Cüdo Günü: Sülh” isə ilin sülh naminə cüdo layihəsi kateqoriyasında namizəd göstərilib.
Səsvermə yanvarın 15-də yekunlaşacaq.