AZ

Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı

Marja.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) Hyundai-ya məxsus 568 min 580 ədəd Palisade SUV modeli ilə bağlı bu ilin əvvəlində başladılan ilkin araşdırmanın bağlandığını açıqlayıb. Araşdırma təhlükəsizlik kəmərlərinin istənmədən açılması riski ilə əlaqədar idi.

Marja xəbər verir ki, avtomobil təhlükəsizliyi üzrə rəsmi qurum, Hyundai-nin problemi aradan qaldırmaq məqsədilə rəsmi geriçağırma müraciəti etdiyini və bu səbəbdən araşdırmanın bağlandığını bildirib.

NHTSA geriçağırma prosesinin başlanması ilə əlavə tənzimləyici addım atılmasına ehtiyac qalmadığını qeyd edib.

Hyundai tərəfinin mövzu ilə bağlı daha əvvəl verdiyi açıqlamalarda sözügedən təhlükəsizlik riskinin ən qısa müddətdə aradan qaldırılacağı vurğulanmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
marja.az

2Mənbələr