AZ

Premyer Liqanın iddialı klubu bu legioneri ilə müqaviləyə xitam verdi - FOTO

Çempionluq uğrunda mübarizə aparan "Sabah" ayrılıq baş verib.

Boyan Letiç Masazır klubundan ayrılıb. "Bayquşlar" Bosniya və Herseqovinanın U-21 yığmasında da oynamış müdafiəçi ilə müqaviləyə xitam verib.

Kontraktı 2026-cı il iyunun 30-da bitəcək 32 yaşlı legioner qarşılıqlı razılıq əsasında buradan getməyə razılaşıb.

Letiç karyerası ərzində “Velej Mostar”, “Jilina”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandes”də forma geyinib.

2022-ci ildə “Sabah”da olan balkanlı xeyli müddətdir əsas heyət üzvü sayılmır. Buna səbəb aldığı zədələrdir.

Əvvəlki performansını bərpa edə bilmədiyindən, baş məşqçi Valdas Dambrauskasın planlarında yer almır.

SPORTİNFO.AZ

Seçilən
126
sportinfo.az

1Mənbələr