AZ

Bakıda evdən OĞURLUQ edildi

Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib. Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
17
Ajans.az

10Mənbələr