AZ

Amnistiya ilə cəzası altı ay azaldılacaq məhkumların dairəsi məlum olub

Amnistiya tətbiqi nəticəsində cəzası altı ay azaldılacaq məhkumların dairəsi məlum olub.

Missiya.Az xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı məhkumların cəzası 6 ay azaldılacaq:

- az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;

- ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər.

Bu halda "Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, barəsində amnistiya tətbiq edilməyənlər istisna olacaq.

Seçilən
27
16
missiya.az

10Mənbələr