“Mançester Siti” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək istəyir.
İdmanxeber.az xəbər verir ki, klub “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Gexini əsas hədəf seçib. 25 yaşlı futbolçu 2026-cı ilə qədər olan müqaviləsini uzatmaq istəmir və ayrılığa müsbət yanaşır.
“Kristal Pelas” oyunçunu azad agent kimi itirməmək üçün onu bu qış satmağa hazırdır.