ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Türkiyə və Polşa təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayıblar
Ankarada Türkiyə və Polşa təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayıblar.
AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, sənəd informasiya mübadiləsini, birgə hərbi təlimləri, silahlı qüvvələrin qolları arasında koordinasiyanı, müdafiə sənayesinin inkişafını və silahlı qüvvələrin əməliyyat imkanlarının artırılmasını əhatə edir.
Polşa müdafiə naziri Kosiniak-Kamış Türkiyənin Varşava üçün strateji əhəmiyyətini vurğulayıb və “PIT-Radwar” tərəfindən istehsal olunan passiv radarları da daxil olmaqla, Polşa hərbi texnikasının alınmasına ümid etdiyini bildirib.
O həmçinin Türkiyənin Avropa layihələrində və Avropa İttifaqına üzvlük danışıqlarının bərpasının mümkünlüyündə dəstəyini vəd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.