Finlandiyanın Baş naziri Petteri Orpo ölkə iqtisadiyyatının Rusiya səbəbindən pis vəziyyətdə olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"İqtisadiyyatımız hazırda çox pis vəziyyətdədir. Bu, Rusiyadan gələn təhlükə ilə bağlıdır. Finlandiyadakı atmosfer çox çətindir", - o qeyd edib.