AZ

Milli Məclis Azərbaycanla Türkiyə arasında hərbi sahədə razılaşmanı təsdiqləyib

Milli Məclis Azərbaycanla Türkiyə arasında hərbi sahədə imzalanan yeni memorandumu təsdiqləyib.

Xəbər verilir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Deputatlar qeyd edib ki, memorandum iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

 Firuzə Əliyeva


Seçilən
26
4
azia.az

10Mənbələr