"Sürüm-sürüm sürünsə də, mən onu heç vaxt bağışlamayacağam".
Bu sözləri müğənni Vəfa Şərifova deyib.
Sənətçi qonaq olduğu "Rəngarəng" verilişində Afət Fərmanqızı ilə heç zaman barışmayacağını deyib:
"Bizim aramızdakı qalmaqalı hamı bilir, onun dediklərini, etdiklərini hamı görür. Mənim onunla barışmağım qeyri-mümkündür. Sürüm-sürüm sürünsə də, mən onu heç vaxt bağışlamayacağam. Bir gün mütləq cəzasını alacaq, almasa, mən də Vəfa deyiləm! O mənim namusuma toxunub. Afət elə susacaq ki, bir də heç kimə dil uzada bilməyəcək, buna əminəm".