AZ

Xocalı və Ağdərədə fərdi evlərin təmirinə 13 milyon manata yaxın vəsait xərclənəcək

BAKI, 16 dekabr. TELEQRAF

Xocalı rayonunun Təzəbinə kəndi və Ağdərənin Həsənriz kəndində fərdi yaşayış evlərnin təmirinə ümumilikdə 12,9 milyon manat vəsait xərclənəcək.

Teleqraf xəbər verir ki,Xocalıda tikinti işlərini“Salmanoğlu-İnşaat” MMC icra edəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı MMC ilə bir mənbədən müqavilə imzalayıb. Müqavilənin dəyəri 3 milyon 639 min 785,97 manatdır.

Eyni zamanda, Xidmət Ağdərənin Həsənriz kəndində fərdi evlərin cari təmir işlərinin görülməsi üçün “Proform” MMC-yə 3 milyon 316 min 981,32 manat, “AEF Group” MMC-yə isə 5 milyon 954 min 469,59 manat dəyərində müqavbilələr bağlanıb.

Hər iki kənddə dekabrın 12-də başlanan təmir işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.

Qeyd edək ki, “Salmanoğlu-İnşaat” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Natiq Əzizovdur.

“Proform” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Abbas Məmmədovdur.

2021-ci ildə dövlət qeydiyyatına alınan “AEF Group” MMC-nin isə nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Süleyman Aslanovdur.

Seçilən
109
teleqraf.com

1Mənbələr