AZ

İşəgötürən işçini məcburi məzuniyyətə göndərə biləcək - YENİLİK

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişikliklərin bir hissəsi işçinin məzuniyyət hüquqları ilə bağlı olub. 


Azia.az Sfera.az-a istinadən xəbər verir ki, məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarında dəyişiklik ediləcək.


Mövcud qanunvericiliyə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əməkhaqqı saxlanılır.


Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaqla orta əməkhaqqı saxlanılacaq.

 

Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydasında dəyişiklik ediləcək.


Layihəyə əsasən, işəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndəriləcək.


Yuxarıda müəyyən edilmiş hal istisna olmaqla bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdiriləcək.


Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Firuzə Əliyeva


Seçilən
17
8
azia.az

10Mənbələr