AZ

Müğənni dövlət qurumlarına müraciət etdi - Bu məslənin araşdırılmasını istəyir

“Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova mətbuata açıqlama verərək bildirib ki, saat 11:00 radələrində AMEA-nın qarşısından professor, yazıçı Vuqar Əhməd aparılıb. Bu məlumat bütün xəbər saytlarında eyni formada yayılıb. Axşam saatlarında isə Vuqar Əhməd özü təkzib verərək xəstə olduğunu və işə getmədiyini bildirib”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.

O bildirib ki, rəsmi qrumlar bu barədə açıqlama verməlidir:

“Bu bir-birinə zidd iki açıqlamaya inanmaq mümkün deyil. Eyni zamanda, Elmlər Akademiyasında çalışan şəxslərdən biri bildirir ki, akademiyanın qarşısından maskalı şəxslər tərəfindən avtobusa mindirilərək aparılma hadisəsi baş verib. Bundan sonra Almaxanın atası ilə paylaşdığı video yayımlandı:

“Heç nə olmayıb, atam yanımdadır.”

Bu halda ciddi suallar yaranır:

Əgər heç nə olmayıbsa, niyə institutun elmi katibi belə açıqlama verib?

Əgər aparılma olmayıbsa, niyə bütün saytlar eyni xəbəri yayıb?

Əgər aparılma olubsa, niyə rəsmi qurumlardan heç bir açıqlama yoxdur?

Hər yer kameradır - görüntülər niyə araşdırılmır?

İnsanların gördüyü hadisəni sonradan Vuqar Əhmədin təkzib etməsi təzyiq ehtimalını düşündürmürmü?”.

Müğənni hadisənin araşdırılması üçün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət ünavanlayıb:

“Əgər bu hadisə Mədəniyyət Nazirliyində çalışan bir əməkdaşla bağlı məsələlər fonunda 63 yaşlı bir professorun başına gətirilibsə, bu artıq çox ciddi bir problemdir.

Mən, Aynurə - Nura Suri

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə - cənab Vilayət Eyvazovdan,

Azərbaycan Respublikasının Baş Prokurorluğuna - cənab Kamran Əliyevdən bu məsələnin araşdırılmasını xahiş edirəm.

Eyni zamanda Almaxanım Əhmədlini, Təranə Mahmudovanı, Şəhriyar Musayevi, məni və ailə üzvlərimizi mümkün risklərdən qorumağınızı xahiş edirəm”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
115
yenisabah.az

1Mənbələr