AZ

FHN-in yaranmasının 20 illiyi qeyd olundu

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü və Nazirliyin yaranmasının 20-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.

Tədbirdə həmçinin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli, Qırğız Respublikasının fövqəladə nallar naziri general-leytenant Boobek Ajikeev, Özbəkistan Respublikasının fövqəladə hallar nazirinin birinci müavini Sanjar Zuparov, Rusiya Federasiyası fövqəladə hallar nazirinin müavini Roman Kurınin, Belarus Respublikası fövqəladə hallar nazirinin müavini general-mayor İqor Bolotov, Tacikistan Respublikası Tacikistan Hökuməti yanında Fövqəladə Hallar Komitəsi sədrinin müavini general-mayor İbrohimzoda İmomali, Gürcüstan daxili işlər nazirinin müavini Giorgi Sahokia, Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumu Əbu-Dabi Mərkəzinin rəhbəri Ali Mohammed Al Mutava Al Daheri, Qətər Dövlətinin Mülki Müdafiə Baş İdarəsinin Departament direktoru Həməd Ərqub Əl-Xaldi, Azərbaycan FHN-in əməkdaşları, FHN yanında İctimai şuranın üzvləri, Fövqəladə hallar könüllüləri və media təmsilçiləri iştirak ediblər.

Mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin xüsusi texnikalarından ibarət sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan FHN-in strukturuna daxil olan qurumların istifadəsində olan ən müasir texnika və avadanlıqlar nümayiş olunub.

Dövlət Himni səsləndirildikdən sonra Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin təntənəli keçidi olub.

Seçilən
38
7
publika.az

10Mənbələr