Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Zabrat dairəsini dönən kimi Maştağa istiqamətinə gedən yolun vəziyyəti son günlər yaxşı deyil. Yağış yağması yolun vəziyyətini daha da pisləşdirir və bu, avtomobillər üçün çətinlik yaradır.
Bəs həmin ərazidə problemin həlli üçün hansısa işlər aparılırmı?
Redaktor.az məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, məsələnin həlli istiqamətində Sabunçu rayon Sukanal İdarəsi araşdırma aparır:
"Yaxın müddətdə problemin həll olunması nəzərdə tutulur".
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.