ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın "Fiorentina" klubunda vəziyyət kritik həddə çatıb.
Fanat.Az xəbər verir ki, bu mövsüm bərbad performansla diqqət çəkən Florensiya təmsilçisinin futbolçuları dalaşıblar.
Məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Flavio Onyissanti yayıb. Mənbə bir neçə oyunçunun agentlərindən onlara yeni komanda tapmalarını xahiş etdiyini diqqətə çatdırıb.
15 tura 16 xal toplayan "bənövşəyilər" A Seriyasının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar. Komanda 16-cı turda "Udineze" ilə qarşılaşacaq.
Daha öncə "Fiorentina"nın baş məşqçisi Paolo Vanolinin yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb. Onun rəhbərliyi altında 7 oyuna çıxan florensiyalılar yalnız 1 qələbə qazana biliblər.
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.