Xarkov vilayətinin Kupyansk rayonunda bir qrup Kolumbiya muzdlusuna zərbə endirilib.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Nazirlik xüsusi hərbi əməliyyatın əsas hissəsində bu ölkənin hərbçilərinin mövcudluğunu elan edib: “Muzdlu dəstəyə endirilən zərbə dronlar və artilleriya vasitəsilə həyata keçirilib. Muzdlularla döyüşlərdə “Qərb” qüvvələr qrupunun qoşunları iştirak edib”.
Müdafiə Nazirliyi həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Kupyanskda olduğunu təsdiqləyib. Bildirilib ki, Ukrayna qüvvələri dağınıq vəziyyətdədir və yalnız bir neçə binada məskunlaşıblar.
Bəxtiyar CƏFƏRLİ