ABŞ Prezidenti Donald Tramp Ukrayna–Rusiya müharibəsi ilə bağlı Avropa liderləri ilə genişmiqyaslı danışıqlar apardığını bildirərək, diplomatik prosesin ehtiyatlı, lakin müsbət məcrada davam etdiyini söyləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Rusiya və Ukrayna arasındakı müharibənin də müzakirə olunduğu çox yaxşı bir görüş keçirdik. Uzun bir görüş idi. İşlər yaxşı gedirmiş kimi görünür, amma bunun çətin bir proses olduğunu da bilirik”, - o qeyd edib.
Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə də uzun bir telefon danışığı apardığını qeyd edərək, Almaniya, İtaliya, NATO, Finlandiya, Fransa, Böyük Britaniya, Polşa, Norveç, Danimarka və Hollandiya liderləri ilə çox yaxşı təmaslar qurduğunu ifadə edib.
O, Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərinin Avropa ilə birlikdə formalaşdırıldığını vurğulayaraq deyib:
“Avropa bu prosesin böyük bir hissəsi olacaq. Müharibənin yenidən başlamaması üçün təhlükəsizlik zəmanətləri üzərində işləyirik. Müharibənin təkrar başlamasını istəmirik”.