AZ

Prokurorluq Hadisə ilə bağlı qərar verdi

ain.az, Metbuat portalına istinadən məlumat verir.

İstanbul polisinin məşhurlara qarşı “narkotik və ya stimullaşdırıcı maddədən istifadə etmə” ittihamı ilə başlatdığı istintaq çərçivəsində müğənni Hadisə Açıkgöz də ifadə verib.

Metbuat.az xəbər verir ki, sənətçi istintaqa ifadəsində “Həyatımın heç bir dönəmində narkotiklə əlaqəm olmayıb. İstifadə etmirəm. Narkotikdən istifadə olunan mühitdə olmamışam, satdığı məlum olanlarla əlaqə saxlamamışam və bu məsələdə heç vaxt vasitəçilik etməmişəm”, - deyib.

Hadisə aylıq gəlirinin 700-800 min türk lirəsi arasında olduğunu da bildirib.

Narkotik testi təmiz çıxan Hadisə Açıkgözlə bağlı istintaq hərəkəti dayandırılıb.

Müğənni bu xəbəri sevinclə qarşılayıb. O, rəqs edərək şad xəbəri pərəstişkarları ilə bölüşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
metbuat.az

2Mənbələr